Kateqoriya: Təhsil Bələdçisi | Mövzu: Onlayn vs Oflayn Tədris Formaları
Övladınız Üçün Doğru Tədris Formasını Necə Seçmək Olar?
Uşaqlar üçün proqramlaşdırma kursları axtararkən valideynlərin qarşılaşdığı ən önəmli suallardan biri budur: onlayn, yoxsa oflayn təhsil? Bu məqalədə biz sizlə birgə onlayn və oflayn tədrisin üstün cəhətlərini araşdıracağıq və Maestro School-un bu məsələyə necə yanaşdığını izah edəcəyik.
1. Onlayn Təhsilin Üstünlükləri
Uşaqlar üçün onlayn proqramlaşdırma kurslarının bir sıra danılmaz üstünlükləri var:
Ərazi məhdudiyyəti yoxdur. Onlayn təhsil ərazi ilə məhdudlaşmır — bu danılmaz üstünlükdür. Övladınızın harada təhsil alacağını özünüz seçirsiniz, sizə yalnız internetə çıxış lazım olur. Həmçinin yola sərf edəcəyiniz vaxta da qənaət etmiş olursunuz.
Fərdi öyrənmə ritmi. Hər bir insanın özünəməxsus ritmi və yeni informasiyanı qavrama sürəti var. Onlayn öyrənmədə siz həmişə mövzunun öyrənilməsinə qayıda bilərsiniz — məsələn, dərsin videosuna yenidən baxa və əldə etdiyiniz yeni bilikləri möhkəmləndirə bilərsiniz.
Onlayn tədrisin sadaladığımız üstünlüklərinə baxmayaraq, hər kəs bu üsulla oxuya bilmir və bir çox şagirdlərimiz oflayn, yəni canlı təhsilə üstünlük verirlər.
2. Oflayn Təhsilin Üstünlükləri
Canlı Ünsiyyət
Burada həm müəllim və şagirdlər arasında, həm də uşaqların bir-biri ilə canlı ünsiyyət qura bilmələri nəzərdə tutulur. Uşaqlar dərs zamanı komanda şəklində işləyə, layihələr hazırlaya, problemləri həll edə və yeni dostlar qazana bilirlər.
Nizam-intizam
Oflayn formatda şagirdlər cədvələ uyğun dərslərə vaxtında qatılmalı və hər dərsə hazırlıqlı olmalıdırlar.
Diqqətin Konsentrasiyası
Canlı dərslərdə diqqəti yayındıran amillər daha az olur və şagirdlər mövzuya daha çox fokuslana bilirlər.
İnteraktiv İştirak
Şagirdlər müəllimə sual verərək onları maraqlandıran cavabları anında əldə edə bilirlər.
3. Tədris Formalarının Seçimi — Maestro School-da Hər Ailəyə Uyğun Variant
Məhz buna görə bizim mərkəzimizdə 2 tədris formatı var — hətta 3: oflayn, onlayn və hibrid uşaqlar üçün proqramlaşdırma kursları.
Seçilmiş təhsil formasından asılı olmayaraq, Maestro School ilə birgə sizin övladınız mütləq müvəffəqiyyətli olacaqdır.
Maestro School ilə Övladınız Üçün Düzgün Seçimi Edin
İstər onlayn proqramlaşdırma kursları, istər oflayn IT akademiyası formatı, istərsə də hibrid tədris — Maestro School hər ailənin ehtiyacına uyğun çevik həll təklif edir.

