Mexanika, elektronika və avtomatlaşdırmanın birləşdiyi bir sahədir. Bu sahədə robotlar, ağıllı qurğular və avtomatlaşdırılmış sistemlər yaradılır. Dərslər həftədə 2 dəfə, hər biri 1 saat olmaqla, ümumilikdə 6 ay müddətində keçirilir. Maestro School uşaqlara texnologiyanın necə işlədiyini başa düşmək və öz cihazlarını yaratmaq imkanı verir!

Maestro School-da mekatronika dərsləri praktik və mərhələli şəkildə keçirilir ki, övladınız həm nəzəri bilikləri öyrənsin, həm də real layihələr üzərində işləsin. Bu dərslər, övladınızın həm texniki bacarıqlarını, həm də yaradıcı düşüncəsini inkişaf etdirəcək, Maestro School isə bu inkişaf yolunda ona güclü təkan verəcək!
Gələcəyə yönəlik karyera hazırlığı
Bu sahə sürətlə inkişaf edən və çox tələb olunan bir sahədir. Övladınız indidən bu sahəyə bələd olaraq, gələcəkdə texnoloji sahələrdə böyük üstünlüyə sahib olacaq.
Əl bacarıqları və layihə əsaslı öyrənmə
Uşaqlar öz layihələrini qurur, test edir və təkmilləşdirirlər. Bu praktiki təcrübə onların həm özünə güvənini artırır, həm də tətbiqi bilikləri dərindən mənimsəməsinə imkan yaradır.
Real həyat problemlərinin texnoloji həlli
Tədris zamanı övladınız real həyatda qarşılaşdığı problemləri texnologiya ilə necə həll etməyi öyrənəcək. Bu bacarıq, onun yaradıcı və funksional düşünməsini inkişaf etdirəcək, eyni zamanda gələcək peşə həyatı üçün möhkəm baza yaradacaq.
Çoxşaxəli texniki bilik
Bu sahə övladınıza həm mexaniki qurğular, həm də elektron komponentlər və proqramlaşdırma haqqında bilik verir.
Tədris müddəti
6ay
Həftədə
2dəfə
Hər dərs
1saat
Maestro Schoolda keçirilən hər dərs, hər layihə və hər təcrübə övladınızın uğurlu nailiyyətinin əsasını formalaşdırır.
© Bütün hüquqlar qorunur
2025 Maestro School LLC